General Hikmət Həsənov müavin vəzifəsinə TƏYİN EDİLDİ

Hikmət Həsənov Azərbaycan Ali Hərbi Məktəbinin rəhbəri general-leytenant Heydər Piriyevə müavin təyin edilib.

General Hikmət Həsənov Ali Hərbi Məktəbinin rəhbəri general-leytenant Heydər Piriyevin müavini vəzifəsinə təyinat alıb.

Milli.Az sfera.az-a istinadən bildirir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə general Hikmət Həsənov bundan əvvəl tutduğu vəzifəsindən azad olunub.

Qeyd edək ki, 2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir. Hazırda general-leytenant Heydər Kamal oğlu Piriyev həmin vəzifədə xidmət edir.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyəli məşhur müğənni yanğın yerində saxlanıldı

SONRAKI XƏBƏR

Co Hartın yeni klubu açıqlandı