Rusiyanı kənarlaşdırmağa çalışırlar - Zaxarova

Rusiyanı kənarlaşdırmağa çalışırlar - Zaxarova

Bir sıra antirusiya qrupları Avropa Şurasında Rusiyanı kənarlaşdırmağa çalışır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova çıxış edib.

O qeyd edib ki, Avropa Şurasında ən vacib problem bütün məsələlərin antirusiya qrupları tərəfindən siyasiləşdirilməsidir:

"Təəssüf ki, tez-tez bu kontekstdə Rusiya ilə bağlı müzakirə olunan bütün məsələlərin necə siyasiləşdirildiyini görürük. Bu qruplar mövcud problemləri həll etmək üçün Moskva ilə qarşılıqlı əlaqə qurmağa çalışmırlar".

Mənbə: axar.az