Almaniya yeni karantin tədbirləri hazırlayır

Almaniya yeni karantin tədbirləri hazırlayır

Almaniya hökuməti payız və qış aylarında karantin tədbirlərini sərtləşdirməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Bild” qəzeti Almaniya Səhiyyə Nazirliyinin federal torpaqlara göndərdiyi sənədə istinadla məlumat yayıb.

Sənəddə qeyd olunub ki, ikinci və üçüncü dalğa zamanı tətbiq olunan radikal lokdauna ehtiyac olmayacaq. Buna baxmayaraq, nazirlik Almaniyanın hər yerində sentyabrın ortalarında karantin tətbiq ediləcəyini istisna etməyib.

Yeni qaydalara görə, restoranlar, gözəllik salonları, qapalı məkanda keçirilən tədbirlər və otellərə yalnız peyvənd olunmuş, koronavirusdan sağalmış və COVİD-19 testi mənfi çıxanlar gedə biləcək.

Mənbə: axar.az