Putin meşə yanğınlarının səbəbini açıqladı

Putin meşə yanğınlarının səbəbini açıqladı

Rusiyada havanın ortaillik temperaturu son 44 ildə qlobal miqyasa nisbətdə 2,8 dəfə artıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinlə planetin müxtəlif regionlarında baş verən meşə yanğınları ilə bağlı açıqlamasında deyib.

"Mən artıq bu barədə danışmışam və mütəxəssislər bunu yaxşı bilirlər: Rusiya Federasiyasında ortaillik temperaturun yüksəlməsi qlobal miqyasa nisbətdə daha sürətlə baş verir", - deyə Kreml rəhbəri bildirib.

Mənbə: axar.az