Erməni silahlı birləşmələri hələ də Qarabağdadır

Erməni silahlı birləşmələri hələ də Qarabağdadır

Qabil Hüseynli: "Görünür, Rusiya hansısa məqmada erməni və yerli silahlı birləşmələrdən Azərbaycana qarşı istifadə edəcək"

Məlum olduğu kimi 44 günlük müharibənin dayandırılması ilə bağlı qəbul edilən üçtərəfli bəyannamədə Qarabağdan erməni əsgərlərinin çıxarılması barədə xüsusi maddə yer almışdır. Həmin bəndə əsasən, sülhməramlıların bölgəyə gəlişi ilə erməni əsgərlərinin Qarabağdan çıxarılması eyni vaxtda həyata keçirilməli idi. Lakn bəyannamənin qəbul edilməsindən artıq doqquz ay keçməsinə baxmayaraq, Qarabağda hələ də erməni əsgərləri hərbi xidmət keçir.

Paralel.az xəbər verir ki, Suqovuşan-Ağdərə-Kəlbəcər yolu ilə Kəlbəcərə inşaat materialları daşıyan Azərbaycana məxçus yük avtomobilləri Ağdərəyə giriş və çıxış postlarında erməni əsgərlərinin postlarda dayandığını müşahidə ediblər. Hətta, bununla bağlı Azərbaycan əsgərlərinin çəkdiyi video-çarx sosial şəbəkələrdə yayılıb. Yəni, üçtərəfli bəyannamənin müddəalarına zidd olaraq Qarabağda hələ də erməni əsgərləri xidmət çəkir.

Məsələyə münasibət bildirmək üçün politoloq Qabil Hüseynliyə müraciət etdik. Politoloq bildirdi ki, 2020-ci il 10 noyabır bəyannaməsinə əsasən yalnız erməni silahlı qüvvələri deyil, həm də mövcud olmayan qondarma qurumun özünümüdafiə qüvvələri də tərkisilah edilməli idi: "Bütün bu proses Rusiya sülhməramlıları tərəfindən həyata keçirilməli idi. Lakin İravan və Moskva bəyyannamənin müddəalarını pozaraq sözügedən silahlı birləşmələri Qarabağdan çıxarmadı. Görünür, Rusiya hansısa məqmada erməni və yerli silahlı birləşmələrdən Azərbaycana qarşı istifadə edəcək.

Azərbaycanın xüsusi xidmət orqanlarının məlumatına görə, hazırda Qarabağda 11 minə qədər erməni silahlü qüvvələri, 2,5 min nəfər isə yeril özünümüdafiə qüvvələrinin tör-töküntüləri qalmaqdadır. Bununla bağlı Azərbaycan tərəfi həm Rusiyaya, həm də Ermənistana müraciət ünvanlayıb, xəbərdarlıq edib ki, ərazidə sülhməramlılardan başqa silahlı birləşmə qalmamalıdır. Lakin hələ də bu ölkələr öhdəliklərini icra etmirlər. Ona görə də Qarabağda rus sülhməramlılarının fəaliyyətini davam etdirməsi barədə təqdim edilən əsasnaməni Azərbaycan tərəfi qəbul etməyib. Rəsmi Bakı əsasnamə ilə bağlı düzəliş və təklifini Moskvaya göndərib, lakin Rusiya tərəfi bu təklifləri qəbul etməklə bağlı fikrini hələ bildirməyib. Bu məsələ iki ölkə arasında müzakirə mərhələsindədir. Erməni silahlı qüvvələrinin Qarabağda olması ilə əlaqədər hər hansı bir xoşagəlməz hadisə baş versə, məsuliyyət Rusiya və Ermənistanın üzərinə düşür".

Akif

Mənbə: paralel.az