Türkiyə Təhlükəsizlik Şurasından Ermənistana XƏBƏRDARLIQ

“Ermənistan öz təcavüzkar həqarət və hərəkətlərindən əl çəkməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasından sonra yayımlanan bəyanatda deyilir.

Bildirilib ki, Ermənistan Cənubi Qafqazda uzun müddət sonra ortaya çıxan sülh və sabitlik fürsətini dəyərləndirməlidir:

“Ermənistan rəhbərliyi öhdəliklərinə sadiq qalaraq, region ölkələri ilə əməkdaşlığı inkişaf etdirməlidir”.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Fransada təyyarə qəzaya uğrayıb TURİSTLƏR ARASINDA ÖLƏNLƏR VAR

SONRAKI XƏBƏR

AEL-in futbolçusu: "Mərhələni keçəcəyimizə inanırıq"