Muğlanın millət vəkili: "Azərbaycan hökumətinə təşəkkürümüzü bildiririk"

"Azərbaycan hökumətinə və xalqına təşəkkürlərimizi bildiririk, qardaşlarımıza salam göndəririk".

Bunu APA-ya açıqlamasında Muğla millət vəkili Süleyman Gilgin deyib.

Millət vəkili qeyd edib ki, "təbiət hamımızın, canlılar hamımızındır": "Bunların hamısını biz qorumalıyıq. Belə çətin anlarda bizə dəstək olan can Azərbaycanımıza demək istəyirəm ki, sağ olun, var olun. Azərbaycanın yanğınsöndürənləri, texnikaları, təyyarəsi ərazidə xidmət aparır. Dəstəklərinizi görürük, bunu yüksək dəyərləndiririk".

S.Gilgin bildirib ki, Muğlada təxminin 4400 kv/m meşəlik ərazi yanıb: "Ağaclar, heyvanlar tələf olub. Yanğınlar vaxtı yanğınsöndürənlərimizdən, bizə kömək olan könüllülərdən həyatını itirən olub. Buna görə çox məyusuq. Onlara Allahdan rəhmət diləyirəm. Bu dəqiqə ən böyük arzumuz yanğınları kontrol altına almağımızdır".

Millət vəkili sonda yaxşı və pis gündə dəstək olan Azərbaycana minnətdarlığını bildirib: "Azərbaycan bizim qardaşımızdır. Bir almanın iki yarısı kimiyik. Arzu edirəm ki, belə çətin günlərdə yox, yaxşı günlərdə yan-yana yumruq kimi birlikdə olaq".

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Qaradağ meşələri yanır - FOTO

SONRAKI XƏBƏR

Erməni verilişlərində müzakirə: Erməni qadınlar niyə Türkiyəyə miqrasiya edirlər? – VİDEO