Bayden tacikistanlıları təhqir etdi – Nota verildi

Bayden tacikistanlıları təhqir etdi – Nota verildi

ABŞ prezidenti Co Baydenin sözlərinə görə, Tacikistan ABŞ səfirinə nota verib.

Modern.az xəbər verir ki, Əfqanıstanda insanların ABŞ-ın təyyarələrindən yapışan zaman yerə düşmələrini şərh edən Bayden eyni halın Tacikistanda da ola biləcəyini demişdi.

“Əgər biz Tacikistanda olsaydıq və bizə qoşulmaq istəyən yerl i sakinləri C-130 təyyarəsinin göyərtəsinə alsaydıq, Əfqanıstandakı mənzərə təkrarlanardı”- deyə Bayden deyib.

Mənbə: modern.az