İrəvan Xoyskini də öldürən qatil-terrorçulara abidə qoyur

İrəvan Xoyskini də öldürən qatil-terrorçulara abidə qoyur

İrəvanda terror qruplaşmasının liderləri olan və Osmanlı paşalarını, eyni zamanda Azərbaycan Cümhuriyyəti liderlərini qətlə yetirən terrorçulara abidə qoyulacaq.

Axar.az xəbər verir ki, bu barədə qəra bu gün İrəvan şəhər Ağsaqallar Şurası tərəfindən verilib.

Qərara əsasən, "erməni soyqırımı"nı təşkil edənlərin və gənc türk liderlərin qətlə yetirilməsində rol oynayan - “Nemezus” terror əməliyyatları aparan Aram Yerkanyan, Soqomon Teyleryan, Misak Torlakyan, Arşavir Şirakyan, Petros Ter-Poqosyan, Artaşes Gevorkyan və Akop Melkumovun "şərəfinə" abidə ucaldılacaq.

Abidənin İrəvanın mərkəzində ucaldılması planlaşdırılır.

Qeyd edək ki, bu terror əməliyyatları nəticəsində türk paşaları ilə bərabər, Fətəli xan Xoyski, Behbud bəy Cavanşir və s. dövlət xadimləri də qətlə yetirilib.

F.Xoyskinin və B.Cavanşirin hətta iddia edilən yalançı “erməni soyqırımı”na heç bir aidiyyətləri də yoxdur.

Bu ermənilər sadəcə, terrorçu olublar və Türkiyə və Azərbaycan dövlət xadimlərinə qarşı xain hücumlar təşkil edərək, qətliamlar törədiblər.

Mənbə: axar.az