BMT Koreya yarımadasında hadisələrin inkişafından narahatdır

BMT Koreya yarımadasında raketlərin işə salınması hallarından narahatdır.

“Report” xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, təşkilat bu məsələnin diplomatik həllinə çağırır.

"Biz proseslərdən məlumatlıyıq və son hadisələrin inkişafından narahatıq. Daha əvvəl bildirdiyimiz kimi, diplomatik təsir sülh (nail olunması-red), Koreya yarımadasının tam və yoxlanılan nüvəsizləşdirilməsi üçün yeganə yol olaraq qalır", - o deyib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstanda 22 yaşlı gənc silahlı insident zamanı 9 güllə yarası alıb

SONRAKI XƏBƏR

“Heç kəs gözləmirdi ki, Azərbaycan müharibə edər” PAŞİNYAN