Blinken və Stoltenberq Əfqanıstanı müzakirə edib

ABŞ-ın dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı zamanı ittifaqın yeni strateji konsepsiyasını və Əfqanıstandakı vəziyyəti müzakirə edib. Azvision.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Ned Praysın açıqlamasında vurğulanıb.

"Dövlət katibi Blinken və baş katib Stoltenberq NATO-nun yeni strateji konsepsiyasının daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi apardılar, Əfqanıstandakı vəziyyəti, həmçinin əfqan xalqına kollektiv dəstəyimizi müzakirə etdilər", - Prays bildirib.


 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Oğuzda mal tövləsi və ot anbarı yanır

SONRAKI XƏBƏR

Hərbçilərimizin Xocalıda erməni fotoaparatı ilə çəkdiyi şəkillər təəccübləndirdi - FOTO