“Taliban” Hərbi Hava Qüvvələrinin keçmiş zabitini öldürdü

“Taliban” Hərbi Hava Qüvvələrinin keçmiş zabitini öldürdü

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” üzvləri qarşı tərədə döyüşənlərin əfv ediləcəyinə dair vədə baxmayaraq Hərbi Hava Qüvvələrinin keçmiş zabitini öldürüblər.

Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti”yə Əfqanıstandakı mənbə bildirib.

Qeyd edək ki, daha əvvəl “Taliban” əvvəlki hökumətə sadiq olan və ordu da daxil olmaqla hər kəsin əfv olunacağını vəd etmişdi.


Hətta “Taliban” sözçüsü Zabiullah Mücahid xarici qüvvələrlə işbirliyi quran əfqanların da bağışlanacağını bildirmişdi.

“Wall Street Journal”ının dərc etdiyi xəbərə görə, vəd edilmiş amnistiyaya baxmayaraq, hərbçilər özlərinin və ailələrinin təhlükəsizliyindən qorxaraq ölkəni tərk etməyə üstünlük verirlər.
 

Mənbə: bizim.media