Qabon qüvvələri MAR-dakı missiyadan çıxarılır

Qabon qüvvələri MAR-dakı missiyadan çıxarılır

BMT Qabon kontingentini təşkilatın Mərkəzi Afrika Respublikasındakı (MAR) sabitləşmə üzrə çoxprofilli kompleks missiyadan çıxarmaq barədə qərar qəbul edib. Azvision.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.
Qərar kontingentin nümayəndələrinə cinsi xarakterli cinayətlər üzrə irəli sürülən ittihamlarla bağlıdır.

"BMT-nin Mərkəzi Afrika Respublikasındakı missiyası Qabonun bütün hərbçilərini dərhal geri çəkmək barədə qərarını açıqladı. Bu qərar Qabondan olan hərbi kontingentin cinsi zorakılıqları ilə bağlı əldə edilən etibarlı məlumatlar və onlara qarşı irəli sürülən ittihamlarla əlaqədardır", - BMT rəsmisi bildirib.

BMT-nin MAR-da missiyası 2014-cü ilin yazında Təhlükəsizlik Şurasının qərarı ilə yaradılıb. Missiyanın vəzifəsi ilk növbədə, ölkənin mülki əhalisini qorumaqdır. Missiyada 12 870 hərbçi olmaqla 14 mindən çox adam var. 10-dan çox ölkə burada təmsil olunur. Həmçinin, 2 min polis əməkdaşı da missiyaya daxildir.
 

Mənbə: azvision.az