Yəməndə fövqəladə vəziyyət elan edildi

Yəməndə fövqəladə vəziyyət elan edildi

Yəmənin cənubunda husilərin mümkün hücumu və ağır iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edilib.

"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Ölkənin cənub administrasiyasının rəhbəri Aydarus əl-Zubeydi bildirib ki, bütün əyalətlərdə silahlı qüvvələr döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bundan əvvəl yerli telekanallar Yəmənin cənubundakı Aden və digər şəhərlərdə ağır iqtisadi vəziyyətə etiraz edənlərlə təhlükəsizlik qüvvələrinin toqquşması nəticəsində 3 nəfərin öldüyü bildirilirdi.

Cənubdakı nümayişlər zamanı qarşıdurmalar Marib əyalətində husilərin irəliləməsi fonunda baş verir.

Qeyd edək ki, Yəməndə 2014 -cü ilin avqustundan bəri hökumət qüvvələri ilə husilər arasında qarşıdurma davam edir.

Mənbə: report.az