Baş nazir dünyaya səsləndi: Sülh üçün ciddi təhdid var

Baş nazir dünyaya səsləndi: Sülh üçün ciddi təhdid var

Yaponiyanın Baş naziri Suqa Yoşihide Şimali Koreyanın raket testlərinin ölkəsi üçün böyük təhdid olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, belə addımlar sülh və sabitlik üçün təhlükə yaradır. “Testlər heç bir halda bağışlanmaz” deyən hökumət başçısı, Pxenyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu bəyan edib.

Qeyd edək ki, Şimali Koreya iki gün əvvəl ballistik raketi sınaqdan keçirib.

 

 

Mənbə: metbuat.az