ABŞ Avstraliyada hərbi mövcudluğunu möhkəmləndirir

ABŞ Avstraliyada hərbi mövcudluğunu məhkəmləndirmək üçün bu ölkə ilə razılığa gəlib.

"Report" xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Austin bəyan edib.

Austin Avstraliyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında regiona əlavə qüvvə yerləşdirmə təşəbbüslərindən danışıb.

Avstraliyanın müdafiə naziri Peter Dutton öz növəbsində ABŞ-ın bütün növ hərbi təyyarələrinin rotasiya qaydasında ölkəyə gəlişindən bəhs edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Qazaxda qadın dərmandan zəhərlənib

SONRAKI XƏBƏR

“Qalatasaray” avtoqolla qalib gəldi