BVF Əfqanıstanla əməkdaşlığı dayandırıb

Beynəlxalq Valyuta Fondu Əfqanıstanla qarşılıqlı əlaqəni ölkənin yeni hakimiyyətinin digər dövlətlər tərəfindən tanınması məsələsi həll olunana qədər dayandırıb.

“Report” xəbər verir ki, bu barədə BVF-nin sözçüsü Cerri Rays keçirdiyi brifinqdə bildirib.

“Beynəlxalq ictimaiyyət hökumətin tanınması məsələsinə aydınlıq gətirənə qədər Əfqanıstanla əlaqəmiz dayandırılıb. Əfqanıstanda hökumətin tanınması baxımından beynəlxalq birliyin qərarlarına diqqət yetiririk. Burada yekun hansısa qərar yoxdur. Əfqanıstan səlahiyyətlilərinin də SDR -lərdən istifadə imkanı yoxdur”-deyə, o bildirib.

C. Rays Əfqanıstandakı vəziyyətdən narahatlığını da dilə gətirib:

“Əfqanıstandakı çətin iqtisadi və humanitar vəziyyətdən çox narahatıq. Təcili Əfqanıstan xalqına humanitar yardım göstərmək və kiçik pul köçürmələrinə icazə vermək lazımdır. Yaxınlaşan humanitar böhranın qarşısını almaq üçün təcili tədbirlər görmək üçün beynəlxalq birliklə işləməyə hazırıq”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Çinlə münasibətlərindəki məqsədi açıqladı

SONRAKI XƏBƏR

Bu ölkə dünyada istifadə olunan bütün vaksinləri tanıyır