ABŞ Çinlə münasibətlərindəki məqsədi açıqladı

Bakı. Trend:

ABŞ Çinlə münaqişə və ya soyuq müharibə istəmir, əksinə açıq ünsiyyət kanalları ilə əlaqələrini davam etdirmək istəyir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

Hind-Sakit okean bölgəsində ABŞ-ın Böyük Britaniya və Avstraliya ilə əməkdaşlığını şərh edən Ağ Ev nümayəndəsi bildirib ki, razılaşma heç-bir ölkəni hədəfə almır.

C.Psaki qeyd edib ki, razılaşma ABŞ-ın strateji maraqlarının və regionda sabitliyin qorunmasına yönəlib: "Çinə gəlincə, biz onlarla sərt rəqabətə hazırıq, amma münaqişə axtarmırıq".

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO

SONRAKI XƏBƏR

Ermənistan ordusu Uxtasar zirvəsini Azərbaycana təslim etdi?