Əfqanıstandakı uğursuzluğa görə istefa verdi

Əfqanıstandakı uğursuzluğa görə istefa verdi

Niderlandda müvəqqəti hökumətin xarici işlər naziri Siqrid Kaaq Əfqanıstandan təxliyyələrdə uğursuzluğa görə vəzifəsindən istefa verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkə parlamentində Siqrid Kaaq və müdafiə naziri Ank Bicleveld qınanıb.

Buna səbəb isə Əfqanıstandan mülki şəxslərin təxliyyəsində gecikilməsi və uğursuzluğa düçar olmasıdır.

XİN rəhbəri haqqındakı səsvermədə 78 millət vəkili “hə”, 72 millət vəkili isə “yox” deyib.

“Parlament kabinetin lazım olan kimi hərəkət etmədiyini bildirdi. Nəticələri qəbul etməliyəm. Siyasət rədd edilibsə, nazir istefa verməlidir”, - Kaaq səsvermədən sonrakı çıxışında bildirib.

Onun istefası Niderland kralı Vilhelm Aleksandra təqdim olunacaq.

Müdafiə naziri üçün də qınama səsverməsi keçirilib. Parlament onun da fəaliyyətini qınayıb. Nazir nəticədən asılı olmayaraq, istefa verməyəcəyini bildirib.

Mənbə: qafqazinfo.az