Böyük Britaniya, ABŞ və Avstraliya müqavilə bağladı

Böyük Britaniya, ABŞ və Avstraliya arasında nüvə sualtı qayıqlarında istifadə olunan texnologiyanı özündə birləşdirən müdafiə müqaviləsi imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, müqavilənin (AUKUS) məqsədi Avstraliyada ən qısa müddətdə nüvə sualtı qayığına sahib olmaqdır.

ABŞ Prezidenti Co Bayden, Böyük Britaniyanın Baş naziri Boris Conson və Avstraliyanın Baş naziri Skott Morison yeni bir təhlükəsizlik əməkdaşlığı müqaviləsini dünya ictimaiyyətinə ortaq bir bəyanatla elan ediblər.

“AUKUS (bu üç ölkənin adının ingilis dilində qısaltmalarıdır AUS-UK-US) çətiri altındakı bu ilk təşəbbüslə, Avstraliya Kral Donanmasının nüvə enerjisi ilə işləyən sualtı qayığı əldə etməsində Avstraliyanı dəstəkləməyə qərarlıyıq.

Avstraliyanın bu qabiliyyəti Hind-Sakit okean bölgəsindəki sabitliyi dəstəkləyəcək və eyni zamanda ortaq dəyərlərimizə və maraqlarımıza uyğun olaraq yerləşdiriləcək”, - Bayden, Conson və Morisonun birgə bəyanatlarında bildirilib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Bu ölkə dünyada istifadə olunan bütün vaksinləri tanıyır

SONRAKI XƏBƏR

10 mindən çox haitili miqrant ABŞ-da sığınacaq istəyinə cavab gözləyir