Gorus-Qafan yolundan keçə bilməyən iranlı sürücülərdən HİYLƏ : Ermənistana yükü belə çatdırırlar

Gorus-Qafan yolundan keçə bilməyən iranlı sürücülərdən HİYLƏ : Ermənistana yükü belə çatdırırlar

Gorus-Qafan yolundan keçə bilməyən iranlı sürücülər hiyləyə əl atıblar.
"Gündəmtv.az" erməni mətbuatına istinadən xəbər verir ki, əvvəllər Gorus-Qafan dövlətlərarası yolundan istifadə edən yük maşınlarının sürücüləri, Azərbaycanın qanuni şəkildə sözügedən yolun bir hissəsini bağlamasından və rüsum tələb etməsindən sonra yeni alternativ axtarışındadırlar.
Belə ki, iranlı sürücülər indi də kəndarası yollardan, gizli ərazilərdən keçməklə yüklərini Ermənistana çatdırmağa çalışırlar.
Xatırladaq ki, artıq bir neçə gündür ki, Gorus -Qafan yolunun Azərbaycana aid hissəsində post qurulub və qanunsuz yükdaşımaların qarşısı alinır.

Mənbə: teref.az