A.Merkel E.Makronla görüşüb

A.Merkel E.Makronla görüşüb

Fransa prezidenti Emmanuel Makron Parisdə Almaniya kansleri Angela Merkeli qəbul edib.

Görüşdə qlobal böhranlar və Avropanın üzləşdiyi problemlər müzakirə edilib.

Eyni zamanda, tərəflər Əfqanıstandakı diplomatik və humanitar böhran, Malidəki vəziyyət və Aİ-ylə bağlı mövzulara da toxunub.

Makron və Merkel təkbətək görüşdən sonra prezident sarayında şam yeməyi ediblər.

Merkelin səfəri Almaniyada sentyabrın 26 -da keçiriləcək parlament seçkiləri ərəfəsində baş tutub.

Makron ötən həftə Merkelin Xristian Demokrat Birliyindən Armin Laschet və Sosial Demokratlar Partiyasından namizəd olan Olaf Scholzla görüşdü.

Görüş iki namizədin istəyi ilə keçirilib.

Qeyd edilir ki, görüşdə Almaniyadakı siyasi vəziyyət və gələcək koalisiya hökuməti barədə fikir mübadiləsi aparılıb.

Mənbə: www.realtv.az