ABŞ bundan canını qurtara bilməyəcək - Zaxarova

Rusiya ABŞ-a Dövlət Dumasına seçkilərə müdaxilə edilməsi faktı ilə bağlı tarixlər və IP ünvanlar daxil olmaqla, xüsusi məlumatlar verdi, Vaşinqton bəyanatlarla bundan qurtula bilməz.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

"Bu ittihamları qəbul etmirlər və ya bununla razı deyillər. Amma canlarını qurtara bilməyəcəklər", - Zaxarova söyləyib.

Qeyd edək ki, Zaxarova daha öncəki açıqlamasında artıq ABŞ-dan idarə olunan internet platformaları vasitəsilə Rusiyanın daxili proseslərinə müdaxiləni sübut edən sənədləri qarşı tərəfə təqdim etdiklərini söyləyib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Yol tikintisi zamanı Roma legionerlərinin masaüstü oyunu tapıldı – FOTO

SONRAKI XƏBƏR

Çörəyin qiyməti bahalaşacaq? - AÇIQLAMA - VİDEO