ABŞ AUKUS sazişi həm də Çinə qarşıdır

ABŞ AUKUS sazişi həm də Çinə qarşıdır

Bu razılaşma ilk növbədə maraq dairələrinin dəyişdiyini göstərir və bu, ABŞ-ın bölgələrə görə fərqli hərəkət edərək, öz strategiyasını qurduğunu göstərir.

Axar.az xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Əmrə Ərdoğan ABŞ, Avstraliya və İngiltərənin AUKUS Paktı imzalamasına münasibət bildirərkən deyib.

ABŞ-ın müttəfiqləri ilə yeni müqavilə imzalamasını şərh edən ekspert bunun Çinin bölgədəki hərbi fəaliyyətinə qarşı hazırlıq olduğunu bildirib:

"ABŞ daha təhlükəsiz bir bölgəyə keçmək üçün bu addımı atır".

Qeyd edək ki, Ağ Ev açıqlamasında sözügedən paktın Çinə qarşı yönəlmədiyini bəyan edib.

Mənbə: axar.az