Fransanın hədələrinə Avstraliyadan diplomatik cavab

Fransanın hədələrinə Avstraliyadan diplomatik cavab

Avstraliya xarici işlər naziri Maris Peyn Fransa səfirinin geri çağırılmasına təəssüf edib.

Axar.az xəbər verir ki, Peyn Fransanın məyusluğunu başa düşdüyünü, amma bu qərarın milli təhlükəsizliklə bağlı olduğunu deyib.

O, Kanberranın Parislə münasibətlərinə qiymət verdiyini və gələcəkdə də qarşılıqlı fəaliyyətə hazır olduğunu bildirib.

Qeyd edək ki, Avstraliya Fransa ilə 90 milyard dollar dəyərində olan sualtı qayıqlarla bağlı müqavilədən çıxıb və ABŞ və Britaniya AUKUS sazişi imzalayıb. Bu isə Fransanın kəskin etirazına səbəb olub və Paris ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb.

Mənbə: axar.az