Bakıda Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü keçirilib

Dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Xəzər Flotilyasının hərbi nümayəndə heyətinin rəhbəri ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanlığı arasında işçi görüşü keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-sı Xəzər flotiliyasının gəmilərin dəstə komandiri 2-ci dərəcəli kapitan Vladimir Zaytsevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan HDQ ilə Rusiya Federasiyası Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Tarix Muzeyində Müslüm Maqomayevə məxsus dirijor çubuğu qorunur

SONRAKI XƏBƏR

Azərbaycan Premyer Liqası: "Qəbələ" "Səbail"i darmadağın edib