Paşinyan Batumidə 3-4 saatlıq yoxa çıxdı ERMƏNİ MƏTBUATININ XƏBƏRİ

Paşinyan Batumidə 3-4 saatlıq yoxa çıxdı ERMƏNİ MƏTBUATININ XƏBƏRİ

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstana rəsmi səfər etdiyi bildirilmişdi. Səfər Batumidə başa çatıb. Burada Paşinyanla gürcüstanlı həmkarı İrakli Qaribaşvili arasında qeyri-rəsmi görüş keçirilib və Ermənistan mətbuatının yazdığı kimi, “tərəflər danışıqlardan məmnun olduqlarını bildirdilər və həm rəsmi, həm də qeyri-rəsmi formatda aktiv təmasları davam etdirmək barədə razılığa gəliblər”.

Erməni qəzeti "Past” yazır ki, "Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və əsasən də bəzi Rusiya siyasi dairələri tərəfindən birmənalı qarşılanmayıb".

Ancaq nəşr daha çox bu fakta deyil, Paşinyanın bir neçə saatlıq onu müşayiət edən şəxslərin gözündən itməsinə diqqət çəkib.

“Həmin gün Paşinyan gözlənilmədən Batumidə təxminən 3-4 saatlıq yoxa çıxıb, və nə Gürcüstan tərəfi, nə də Baş nazirin protokol xidmətinin işçiləri onun harada olduğunu bilmətyiblər. Bu zaman onu kim müşayiət edib və ya ümumiyyətlə müşayiət edib mi? Bunu öyrənə bilmədik. Həmin saatlar ərzində Paşinyanın harada olduğu da bilinmir. Bu çox qəribə haldır!”, - erməni qəzeti yazır.

Mənbə: virtualaz.org