“Laçın dəhlizi 11 aydır işləyir, Azərbaycan buna uzun müddət birtərəfli yanaşma sərgiləyə bilməz”

2020-ci ilin 10 noyabr razılaşmasında əksini tapmış məsələlərin icra vəziyyəti bu gün gündəmdədir. Çünki həmin sənədin 6-cı bəndinə əsasən Laçın dəhlizi 11 aydır işləyir. Amma razılaşmanın 9-cu bəndinə əsasən Zəngəzur dəhlizi hələ də açılmayıb. Bu dəhlizin işə düşməsi üçün erməni tərəfi heç bir addım atmır. Məhz bu o şəraiti diktə edir ki, razılaşmanın digər bəndləri də qüvvədən düşsün.

Pravda.az xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun fikrincə, hər iki dəhlizin fəaliyyətə başlaması eyni dövrdə həyata keçirilməli idi: “Sözsüz ki, 10 illərdir işləməyən bir kommunikasiya xəttinin bərpası müəyyən dövr alsa belə ən azından bu istiqamətdə işlərin icrası həyata keçirilə bilərdi. Amma görünür erməni tərəfi hələ də özünün çirkin niyyətinə uyğun Zəngəzur dəhlizinin işə düşməsinə müxtəlif yollarla mane olmağa çalışır”.

Millət vəkili hesab edir ki, Azərbaycan tərəfi humanitar qaydada razı olduğu Laçın dəhlizi ilə bağlı məsələyə də uzun müddət birtərəfli yanaşma sərgiləyə bilməz: “Çünki bu iki dəhlizin işləməsi regionda kommunikasiyaların bərpasına xidmət edir. Bunun birini qapalı saxlamaq və prosesi uzatmaq mümkün deyil. Azərbaycan bununla bağlı özünün qəti mövqeyini ortaya qoyacaq. Bu gün Gorus-Qafan yolundakı Azərbaycanın tətbiq etdiyi inzibati tədbirlər bəlli proseslər üçün bir başlanğıc və mesaj olmalıdır”.

Teleqraf

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanda etirazçılarla polis arasında qarşıdurma olub, saxlanılanlar var - YENİLƏNİB

SONRAKI XƏBƏR

Tamaşaçıların üzünə bağlı qalan teatrlar – Mövsüm nə zaman açılacaq?