Şuşalıların doğma şəhərlərinə növbəti səfəri təşkil olunub

Sentyabrın 18-də şuşalıların işğaldan azad olunmuş dədə-baba yurdlarına növbəti səfəri təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şuşalılar 30 ilə yaxındır Şuşaya gəlmək həsrəti ilə yaşayırdılar. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən Şuşa şəhərini işğaldan azad edilməsi ilə bu həsrətə son qoyuldu. Doğma şəhərin sakinləri Şuşanın tezliklə dirçəlməsinin, yenidən qurulmasının şahidi olacaqlar.

Şuşa sakinləri Cıdır düzü, Qala divarları, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini, Şuşanın mərkəzi meydanında Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün güllələnmiş heykəllərini ziyarət ediblər.

Sonra şuşalılar ilk dəfə Şuşada keçirilən Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsertə baxıblar.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Makronu Hitlərə bənzədən aktivist CƏZALANDI - FOTO

SONRAKI XƏBƏR

Paşinyan bununla liderliyini göstərməyə çalışır