Türkiyə Silahlı Qüvvələri “Qətiyyət-2021” təlimlərinə start verib

Türkiyə Silahlı Qüvvələri “Qətiyyət-2021” təlimlərinə start verib

Türkiyə Silahlı Qüvvələri Egey və Şərqi Aralıq dənizlərində “Qətiyyət-2021” təlimlərinə start verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin rəsmi tviter hesabında verilən məlumatda deyilir: “Egey və Şərqi Aralıq dənizlərində keçiriləcək “Qətiyyət-2021” təlimləri başladı. Təlimlər çərçivəsində Türkiyənin quru, hərbi dəniz və hərbi hava qüvvələri, eləcə də Sahil Mühafizəsi Komandanlığına aid texnikanın qarşılıqlı fəaliyyətinin, qarşılıqlı dəstək imkanlarının sınaqdan keçirilməsi planlaşdırılır”.

Günel Məlikova

 

Mənbə: azertag.az