YUNESKO-nun baş direktoru Əfqanıstanda bütün uşaqların təhsil almasına dair çağırış edib

YUNESKO-nun baş direktoru Əfqanıstanda bütün uşaqların təhsil almasına dair çağırış edib

YUNESKO-nun baş direktoru Odre Azule Əfqanıstanda bütün uşaqların təhsil almasına maneəsiz çıxış təmin olunmasına çağırıb.

Trend-in məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti bildirib.

Baş direktor qeyd edib: "Əfqanıstanın gələcəyi qız və oğlanların təhsilindən asılıdır. Buna görə də Əfqanıstandakı bütün aktyorları məktəblərin tədricən açılması çərçivəsində bütün uşaqların təhsilə maneəsiz çıxışını təmin etməyə çağırırıq".

O.Azule əlavə edib ki, bu kritik zamanda bütün şagirdlərin təhsil hüququna hörmət edilməlidir, xüsusilə də bu qızlara aiddır".

Mənbə: az.trend.az