Bu şəhərdə müxalifət və media nümayəndələri əleyhinə banerlər quraşdırıldı - FOTO

Bu şəhərdə müxalifət və media nümayəndələri əleyhinə banerlər quraşdırıldı - FOTO

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi küçələrində bir sıra müxalifət partiyaları və aparıcı media kanallarının liderlərinin əleyhinə banerlər quraşdırılıb.

Bizim.Media Gürcüstan mediasına istinadən xəbər verir ki, banerlər dünən axşam saatlarından etibarən quraşdırılıb.

Sözügedən banerlərdə "Vahid Milli Hərəkat" partiyasın lideri Nika Melianın, həmçin sabiq prezident Mixeil Saakaşvilinin, "Avropalı Gürcüstan"-nın lideri olan Qiqi Bokerianın, "Qirçi - Daha çox azadlıq" partiyasının lideri Zurab Caparidzenin, sabiq baş nazir, "Gürcüstan naminə" partiyasının lideri Qiorqi Qaxarianın, "Tv Pirveli" kanalının aparıcı jurnalistlərindən olan Nodar Meladzenin və "Mtavari Arkhi"-nin rəhbəri Nika Qvaramianın şəkilləri əks etdirilib.

Banerlərdə "Milli hərəkatçılara yox! Zülmə yox! Satqınlığa yox!" ifadələri qeyd edilib.

Mənbə: bizim.media