Ermənistanın əsassız iddiası - VİDEO

Ermənistanın əsassız iddiası - VİDEO

İrqi-ayrıseçkilik, yəni insan haqlarının pozulmasına görə, Ermənistan Azərbaycanı beynəlxalq məhkəməyə verib.

Ermənistanın qaldırdığı iddia ərizəsində bildirilir ki, Azərbaycan onilliklər ərzində irqi ayrı -seçkiliyə məruz qaldığını qeyd edir ki, bu da qırğınlar, işgəncələr və digər qanun pozuntuları ilə ifadə olunur.

Mütəxəssilər isə deyir ki, Ermənistanın bu iddiasının heç bir əsası yoxdur. Çünki qarşı tərəf irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilmısi ilə bağlı müraciəti BMT Beynəlxalq Məhkəməsi vasitəslə edib. Halbuki qurumun bu yolla şikayətə baxmaq səlahiyyəti yoxdur. Sadəcə olaraq məsələ komitəyə ötürülüb, vəssalam.

Əsl məhkəmə, necə deyərlər bundan sonra olacaq. Azərbaycan hökuməti Ermənistanla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə çoxdan müraciət edib. Təqdim olunan sənəddə 30 il müddətində Ermənistanın Qarabağda törətdiyi vandal hərəkətlər, insanlığa sığsmayan cinayətlər, 44 günlük Vətən Müharibəsində ətraf şəhərlərə vurduğu ziyanla bağlı faktlar öz əksini tapıb.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Vüqar İsgəndərov bildirdi ki, məsələ ilə bağlı prezidentin tapşırığına əsasən komissiya yaradılıb, hazırda bu istiqamətdə işlər gedir. Hesablamalara görə, ziyanın məbləği 100 milyradları aşıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı REAL-a açıqlaçasında bildirid ki, Azərbaycanın beynəlxalq məhkəmələrə müraciəti əsasında Ermənistan bir neçə istiqamət üzrə iddialarla üz-üzə qalacaq. Bəs Ermənistan Azərbaycana dəymiş ziyanı hansı formadda ödəyə bilər?

Qeyd edək ki, təcrübə göstərir ki, müharibə dövrlərində dövlətlər arasında birinin digərinə vurduğu ziyan vəsait və ya torpaqdan təzminat verilməsi şəklində ödənilir. Azərbaycanın Ermənistanı məhkəməyə verməsi isə dövlətlərarası səviyyədə ilk məhkəmə iddiası olacaq.

Mənbə: www.realtv.az