Gürcüstanın Baş naziri: «Əvvəlcə mən Prezident Əliyevin yanına getdim...»

Azərbaycan Prezidenti İlham Əliyev öz ölkəsinin inkişafı və xalqının rifahı üçün mübarizə aparan çox müdrük liderdir. Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yerli televiziya kanalında müsahibə verərkən deyib.

Qaribaşvilinin sözlərinə görə, Gürcüstan Azərbaycana 97 min partlayıcı qurğuların yerləşməsi haqda xəritənin Ermənistanın 15 vətəndaşı müqabilində verilməsi prosesində mühüm rol oynayıb: «Sözsüz ki, bu mənim təşəbbüsüm idi – Azərbaycanla Ermənistan arasında vasitəçi kimi çıxış etmək», - Qaribaşvili deyib. Bu barədə Anadolu agentliyi məlumat yayıb.

Qaribaşvili qeyd edib ki, danışıqlar Bakıda başlayıb: «Əvvəlcə mən Prezident Əliyevin yanına getdim. Ona öz dərin hörmətimi ifadə etmək istəyirəm. Azərbaycanda həqiqətən öz ölkəsinin inkişafı və xalqının rifahı üçün çalışan müdrük bir lider var. Mən onunla danışdım, və həmin an bu fikir ağlıma gəldi».

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Serbiyada Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümü qeyd edilib

SONRAKI XƏBƏR

Rəşad Sadıqov: "Hakim səhvlərindən danışmaq ən xoşlamadığım şeydir"