Türkiyə ordusundan daha bir uğurlu əməliyyat

Türkiyə ordusundan daha bir uğurlu əməliyyat

\Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terrorçularını zərərsizləşdirib.

Azərforum “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi xəbər verib.

 Məlumata görə, PKK/YPG terrorçularının Suriyanın şimalında “Barış pınarı” əməliyyat bölgəsinə hücuma hazırlaşdığı müəyyənləşdirilib.

Ordunun həyata keçirdiyi tədbirlər nəticəsində 7 terrorçu məhv edilib.  Nazirlik terrorçulara qarşı qətiyyətli əməliyyatın davam etdiyini bildirib.

Mənbə: azerforum.com