Kanadada COVID-19 məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirilib

Kanadada COVID-19 məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirilib

Kanadanın milli parlament binasının qarşısına toplaşan etirazçılar hökumətin koronavirus məhdudiyyətlərinə və məcburi peyvəndləmə siyasətinə etiraz ediblər.

Paytaxt Ottava şəhərində keçirilən aksiyada minlərlə insanın iştirak etdiyi bildirilir.

Nümayişçilər xüsusən COVID-19 pasportlarının insanların hüquqlarını məhdudlaşdırdığı qabardıblar.

Qeyd edək ki, avqust ayının əvvəlində Kanada hökuməti ölkədə koronavirusun dördüncü dalğasının başladığını elan edib.

Mənbə: www.oxu.az