Rusiyada hər kəs bu namizədlərdən danışır

Rusiyada hər kəs bu namizədlərdən danışır

Rusiyada Dövlət Dumasına seçkilərində namizədlərin səsvermə kampaniyası davam etsə də, Sankt-Peterburqda üç namizəd seçicilərin beynini qarışdırıb.

Modern.az "Sözcü"yə istinadla xəbər verir ki, səsvermə siyahısında üç eyni soyadlı namizəd xarici görünüşlərinə görə də bir-birinə çox bənzəyir. "Vişnevski" soyadlı bu namizədlərin adı da eynidir - Boris.

Namizədləri bir-birindən fərqləndirən iki xırda nüans isə onların doğum tarixləri və ata adlarıdır. Buna baxmayaraq, seçicilər hansının öz namizədləri olduğunu seçməkdə xeyli çətinliklərlə üzləşiblər.

Turan

Mənbə: modern.az