Ermənistan İran TIR-ları üçün cənubda təcili yol çəkir

Ermənistan İran TIR-ları üçün cənubda təcili yol çəkir

Ermənistanın cənubundakı Gorus-Qafan yoluna paralel hesab edilən yol noyabrın sonunda hazır olacaq.

Bizim.Media xəbər verir ki, bunu Respublika Yol İdarəsinin proqram idarə şöbəsinin müdiri Vaaqn Stepanyan hökumətin mətbuat xidmətinə müsahibəsində deyib.

Yeni yolun uzunluğu (M-2 magistral yolundan Shinuair, Tatev və Agvani kəndlərindən keçərək Qafana qədər) təxminən 68 km-dir.
İşlərin çoxu artıq tamamlanıb: gediş hissəsi genişlənir, bordürlər qoyulur. Stepanyan əmin edib ki, bu yoldan hər cür nəqliyyat vasitəsi istifadə edə biləcək.

Tikintinin ümumi dəyəri təxminən 8,9 milyard dram (təxminən 18 milyon dollar) olacaq.
Xatırladaq ki, Gorusdən Qafana gedən əsas magistral yolun 21 km-i Azərbaycan ərazisinə düşür.
 

Mənbə: bizim.media