Putinin Gümrüdə "görünməsi" Ermənistanda mübahisə yaratdı - SƏBƏB

Putinin Gümrüdə "görünməsi" Ermənistanda mübahisə yaratdı - SƏBƏB

Ermənistanda oktyabr ayında yerli özünüidarə orqanlarına seçkilər keçiriləcək. Artıq indidən Gümrü şəhərində Rusiya prezidenti Vladimir Putini əks etdirən seçki plakatları görünüb.

Bizim.Media xəbər verir ki, Ermənistan Kommunist Partiyası Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyi şəhərdə kampaniya aparır və billboard afişaları yerləşdirir. Bu barədə Azadlıq Radiosunun erməni xidməti yazır.

Məlumata görə, plakatdakı Putinin şəkli "Əbədi birlikdə olaq" sözləri ilə müşayiət olunur.


Onda Kreml, Ermənistan və Rusiya bayraqları təsvir edilib. Və plakatın qarşı tərəfində Ermənistan Kommunist Partiyasının xeyrinə kampaniya məlumatları var. "Əbədi Rusiya ilə" şüarı da istifadə olunur.

Ermənistan Kommunist Partiyası reklam lövhələrinin partiya üzvü Yerjanik Qazaryan tərəfindən sifariş edildiyini bildirib.

Qazaryanın özü erməni xidmətinə nə qədər reklam lövhəsi sifariş verdiyini, buna nə qədər pul xərclədiyini və kimin maliyyələşdirdiyini söyləməkdən imtina edib. O, "Əbədi birlikdə olaq" və "Əbədi Rusiya ilə" yazılarını şərh edib:

"Orada nə yazılmalı idi?. "Əbədi birlikdə olaq" və ya "Əbədi Rusiya ilə" həmişə erməni xalqının əksəriyyətinin fikri olub. Bu 30 il ərzində Ermənistan-Rusiya münasibətlərini pozmaq üçün görülən işləri yaxşı bilirəm, bu işi kimin və necə etdiyinin fərqindəyəm".

Azadlıq Radiosunun erməni xidməti qeyd edir ki, Gümrü sakinlərinin bəziləri bu plakatları görməyibər və kimsə onları görəndə niyə başqa bir dövlətin liderini əks etdirən plakatların şəhərlərində göründüyü haqda sual verirlər.


“Bu plakatları quraşdıranlar nə düşünüblər? Bunu etmək olmaz. Biz müstəqil bir ölkəyik, öz dövlətçiliyimiz var, Müstəqillik Gününü qeyd edirik. Sadəcə ayıbdır .... Sanki demək istəyirlər ki, tezliklə müstəqilliyindən imtina edəcəksən”, deyə şəhər sakinlərindən biri şikayətlənib.

Putinin Ermənistan şəhərlərində "görünməsi" sosial şəbəkələrin erməni seqmentində qızğın müzakirələrə səbəb olub.

Gümrüdə Putini əks etdirən iki plakat var. Qazaryan Ermənistan-Rusiya dostluğunu simvolizə edən digər plakatların sifarişini də istisna etmir.

 

Mənbə: bizim.media