Ermənistan Rusiya ilə birləşir? – DETALLAR

Ermənistan Rusiya ilə birləşir? – DETALLAR

Kommunist Partiyasının lideri Yerjanik Qazaryan bildirib ki, Ermənistanın Rusiya və Belarus Birliyinə daxil olması qeyd-şərtsiz irəliyə doğru bir addım olacaq və Ermənistan iqtisadiyyatına, təhlükəsizliyinə və erməni dövlətçiliyinin formalaşmasına müsbət təsir göstərəcək.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “yerkramas.org” saytında yerləşdirilib.

O, əlavə edib ki, bunun üçün inteqrasiya proseslərinin genişləndirilməsi tələb olunur.


"Gənc mütəxəssislər Rusiyaya gedir və əla ingilis dilində danışırlar, lakin çox zəif rus dilinə malikdirlər, buna görə də məktəbdə rus dili dərslərinin sayını iki dəfə artırmaq və rus məktəblərini bərpa etmək vəzifəsi qoymalıyıq", - Kazaryan bildirib.

Kommunist Partiyası liderinin fikrincə, bu assimilyasiya deyil, iki qardaş xalqın inteqrasiyasıdır.

"Mütəxəssislərimizin Rusiyada işləməsinə, təhsilini davam etdirməsinə və sonra Ermənistana qayıtmasına kömək etməliyik. Əks halda, insanların ildən-ilə ölkəni tərk etdiyini görürük", - deyə o vurğulayıb.

Qazaryan əlavə edib ki, indi Ermənistanda Soros fondlarından qrant alan və digər ölkələrin fikrini formalaşdıran bir çox siyasi fiqurlar var.

Sosial Ədalət Naminə Partiyasının sədri, “Xalqın Səsi” ictimai klubunun mütəxəssisi Arman Qukasyan da Soros fondlarının və bir çox Qərb QHT-lərinin məqsədini açıqlayıb: “Vəzifələri Ermənistanı Rusiyaya qarşı qoymaqdır”.
 

Mənbə: bizim.media