Fransa XİN: “ABŞ -la münasibətlərdə böhran yaranıb”

Fransa XİN: “ABŞ -la münasibətlərdə böhran yaranıb”

Fransa xarici işlər naziri Jan-İv Le Drian RIA Novosti-yə verdiyi açıqlamada deyib ki, Fransa ilə ABŞ arasında böhran yaranıb.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, bu, NATO üçün yeni bir strateji konsepsiyanın təyin edilməsinə böyük təsir göstərəcək, ancaq rəsmi Parisin Atlantik İttifaqından çıxmaq fikri yoxdur.

Daha əvvəl Le Drian Avstraliyanın müqaviləyə xitam verməsi ilə bağlı vəziyyətdən söz açıb və bildirib ki, Fransa ilə ABŞ arasındakı münasibətlərdə böhran var.


Cümə günü Kanberranın sualtı gəmi müqaviləsini ləğv etməsi səbəbiylə Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb.

Fransa tarixdə ilk dəfə ABŞ və Avstraliyadakı səfirlərini geri çağırır.

Le Drian Avstraliyanın müqaviləni pozma qərarını "arxadan vurulan bir bıçaq zərbəsi" adlandıraraq inamının sarsıldığını deyib:

“Bu müqaviləyə xitam verilməsinə qəzəblənirəm. Paris həm Avstraliyadan, həm də ABŞ -dan məsələyə aydınlıq gözləyir”.

Bizim.Media

Mənbə: bizim.media