“BMT istəksizlik sərgilədi, Azərbaycan özü həll etdi”

Türkiyənin Prezident Administrasiyası Kommunikasiya İdarəsində “COVID-19 sonrası təhlükəsizliyin yenidən inşası və ümidin bərpası: Türkiyənin beynəlxalq düzənə baxış bucağı” adlı tədbir keçirilib.

Tədbirə qatılan Duqlas və Sara Allison Xarici Siyasət Mərkəzinin rəhbəri Lyuk Cofi tədbirdəki çıxışında Qarabağ məsələsinə də toxunub.

“Yalnız bir il öncəki Qarabağ savaşına baxa bilərik. Bu müharibədə Azərbaycan münaqişənin BMT və ATƏT tərəfindən təxminən 30 il ərzində uğursuz nizamlanmasından sonra 90-cı illərdə qəbul edilmiş dörd BMT qətnaməsini özü icra etməyə məcbur qaldı. BMT bu məsələnin həllində tam olaraq istəksizlik və könülsüzlük nümayiş etdirdi”, - deyə amerikalı politoloq bəyan edib.

O, buna səbəb kimi təşkilatın Təhlükəsizlik Şurasının daimi üzvləri arasındakı ziddiyyətləri göstərib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Honda Yaponiyada yeni avtomobillərin onlayn satışına başlayacaq

SONRAKI XƏBƏR

ABŞ-da koronavirusa yoluxan uşaq iflic keçirdi