Merkelin varisi uduzur, Şolts önə keçdi

Merkelin varisi uduzur, Şolts önə keçdi

Almaniyanın Sosial Demokrat Partiyasından kansler vəzifəsinə namizəd, hazırkı maliyyə naziri Olaf Şolts sonuncu teledebatdan sonra keçirilən sorğularda öndədir.

Axar.az xəbər verir ki, bu məlumatı “Forsa” Tədqiqatlar İnstitutu yayıb.

Məlumata görə, Şoltsu vətəndaşların 42%-i dəstəkləyib. Ondan sonrakı yerlərdə Xristian Demokrat Partiyasından Armin Laşet (27%) və Yaşıllar Partiyasından Annalena Berbok (25%) qərarlaşıb.

Mənbə: axar.az