Bakı və İrəvan nəqliyyat blokadasını aradan qaldırsa... - Rusiya

Bakı və İrəvan nəqliyyat blokadasını aradan qaldırsa... - Rusiya

Ermənistanla Azərbaycan arasında nəqliyyat marşrutları blokadasının aradan qaldırılması Ermənistan-Rusiya ticarət dövriyyəsinin artmasına səbəb olacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin üçtərəfli görüşləri keçirilir. Tərəflər regionla bağlı iqtisadi əlaqələr, nəqliyyat əlaqələrinin açılması əhval-ruhiyyəsindədirlər”, – deyə o bildirib.

Mənbə: axar.az