Ermənistan sabah “lərzəyə gələcək”: İt kimi qovulanlar məğlubiyyətin paradını keçirir

Ermənistan sabah “lərzəyə gələcək”: İt kimi qovulanlar məğlubiyyətin paradını keçirir

Dünya siyasətində heç vaxt öz sözü, rəyi və nüfuzu olmayan, hər zaman böyük dövlətlərin əlində oyuncağa çevrilən Ermənistan “dövləti” özünün 30-cu “müstəqillik günü”nü qeyd etməyə hazırlaşır.

Erməni riyakarlığı isə o həddədir ki, əslində heç vaxt mövcud olmamış bu rüsvayçı “müstəqilliyi” belə fəxrlə qəbul etməyə qadirdir. Bu xalq saxta tarixi, saxta həqiqətləri olduğu kimi saxta müstəqilliyi də əlində bayraq edib, onun kölgəsinə sığınmağı 30 ildir bacarıb.

Ermənilər 30 il ərzində bir gün belə müstəqil olmasalar da, insafən deyək ki, son bir ilə qədər istənilən qanunsuz yollarla kütləvi şəkildə silahlandırılan bir orduya sahib idilər. Lakin 44 günlük müharibə bu ordunun da varlığının sonu oldu. Döyüş meydanında Azərbaycanın qüdrətli ordusu düşməni darmadağın etdi, öz ərazi bütövlüyünü bərpa etdi, işğala, eyni zamanda Ermənistan ordusunun varlığına, erməni ordusunun yenilməzliyi mifinə son qoydu.

Erməni mətbuatında sabah – 21 sentyabr 2021-ci il tarixinə ölkə üçün növbəti rüsvayçılığın anonsu verilir. Çünki məlumatda mövcud olmayan müstəqilliyin 30-cu ildönümü münasibətilə mövcud olmayan Ermənistan “ordusu”nun hərbi parad keçirəcəyi qeyd olunur. Dünyanın ən “cəfakeş” xalqı o qədər xülyalarla yaşayır ki, hətta bu xəbərin anonsunun belə böyük bir rəzillik, rüsvayçılıq olduğunu anlamır. Elə erməni riyakarlığının mahiyyəti də bundan ibarətdir. Bir toplum qapıldığı eyforiyaya o qədər inanır ki, gözüyumulu onun arxasınca qaçır.

Ermənistan ordusu məhv edilib. Məhv edilmiş, darmadağın olunmuş, cəbhədə Azərbaycan ordusunun iti qovan kimi qovduğu bir orducuq, hansı hərbi paradı keçirmək imkanına malikdir? Məhz bu sual Ermənistan dövlətinin acizliyinin və rüsvayçılığının əsl mahiyyətini ortaya qoyur.

Hazırda Ermənistan “ordusu”nun təmsil oluna biləcəyi yeganə platforma var. O da planetin ən güclü sprinterlərinin mübarizə meydanıdır. Nə qədər gülünc olsa da, erməni hərbçiləri bu sahədə böyük uğurlar qazanıb. Bunu Azərbaycan Müdafiə Nazirliyinin müharibə dövründə nümayiş etdirdiyi kadrlar da sübuta yetirib. Yəqin ki, Marafon qaçışının əsasını qoyan həmin o məşhur yunan qasid sağ olsaydı, Qarabağdan dabanına tüpürüb qaçan erməni hərbçilərin qarşısında səcdəyə gedərdi. Baxmayaraq ki, Fidippid adlı qasid qələbə sevincini çatdırmaq üçün daha böyük həvəslə qaçmalı idi, ancaq ermənilərin qorxusu Fidippidin sevincindən də üstün oldu, ayaqlarına daha böyük qüvvət verdi.

Cəbhədən canını götürüb qaçan, törətdiyi hər bir qətlə görə cəzasını alan Ermənistan hərbçiləri artıq birlikdə bir ordunu təmsil etmir. Bunu Ermənistan mətbuatında yazılan çoxsaylı xəbərlər, rəsmi məlumatlar da təsdiqləyir. Erməni mətbuatı özü də bilmədən, hər pafoslu məlumatı ilə “sprinterlər ordusu”nun acınacaqlı vəziyyətini ortaya qoyur. Məsələn, bir qədər əvvəl ehtiyatda olanların təlimlərə çağırılması xəbəri kimi. Əslində xəbər bir çox ölkədə baş verən, adi bir xəbər kimi qəbul edilə bilərdi, ancaq son cümlədə göstərilən qeyd olmasa... Qeyddə bildirilirdi ki, “ehtiyac olacağı halda” ehtiyatda olan və təlimlərə cəlb olunan şəxsi heyət döyüş növbətçiliyinə cəlb olunacaq. Ordusu olan bir ölkədə hansı ehtiyacdan söhbət gedə bilər ki? Buradakı ifadə “ehtiyac olacağı halda” şəklində yazılsa da, “ehtiyacımız var” kimi oxunmalıdır.

Artıq tarix Azərbaycan ordusunun şanlı qələbəsini öz səhifələrinə yazıb. Orada erməni ordusunun texnikalarının iştirakı ilə keçirilən son parad da qeyd olunub. Həmin parad Müzəffər Azərbaycan ordusunun Bakıda keçirdiyi paraddır. Bəli, məhz son dəfə erməni hərbi texnikası paradda hərbi qənimət kimi nümayiş edilib. Ermənilər əgər hərbi parad görmək istəsələr, həmin görüntülərdə öz texnikalarına rahatlıqla baxa bilərlər. Sentyabrın 21-də keçirmək istədikləri “hərbi parad”da isə “Hərbi qənimətlər parkı”nda” olan qədər texnikanın çıxmayacağını özləri də bilirlər...

Əldə qalan sınıq-salxaq, ömrünü çoxdan başa vurmuş köhnə və yararsız üç-beş texnika ilə “sprinter”lərdən ibarət şəxsi heyət isə heç bir halda güc nümayişi kimi qəbul edilməyəcək. Ancaq “mübariz” ermənilər çox güman ki, sabah nümayişdən əl çəkməyəcəklər. Öz aciz, rüsvayçı, rəzil durumlarını bütün dünyaya nümayiş etdirəcəklər. Bizə sadəcə baxmaq və bir xalqın öz əli ilə öz tarixinə növbəti qara ləkəni vurmasının şahidi olmaq qalır... Qoy anonsunu verdikləri “hərbi parad” sabah həqiqətin növbəti şilləsi kimi Ermənistanı bir daha silkələsin, lərzəyə salsın...

Orxan Tağıyev

Mənbə: www.oxu.az