Netanyahu Baydeni məsxərəyə qoyub

Eastnews.org-un verdiyi xəbərə görə, Feysbuk səhifəsində paylaşdığı görüntüdə Benyamin Netanyahu 27 sentyabrda Ağ Evdə keçirilən Bayden-Bennet görüşünə eyham vurub.

 

Kadrda "Baydenin görüşdə çox diqqətli olduğunu gördüm", - deyən Netanyahunun bu ifadədən istifadə edərək başını irəli əyməsi və gözlərini yumması diqqət çəkib.

 

İsrail rejimi mediası bu hərəkəti ilə Netanyahunun Baydenin Bennetlə görüşü zamanı yuxuya getdiyi iddialarına işarə etdiyini yazıb.

 

Xəbərin ardınca Netanyahunun partiyası "Likud" açıqlamasında sabiq baş nazirin Baydeni deyil, Benneti tənqid etdiyini söyləyib.

Mənbə: AA

Eastnews.org

ƏVVƏLKİ XƏBƏR

Əməkdar artist ilk dəfə gəlinlikdə şəklini paylaşdı - FOTO

SONRAKI XƏBƏR

ÜST rəhbəri Əfqanıstana getdi