“Nə dövlətimiz var, nə müstəqilliyimiz. Şərəfimiz də yoxdur, Qarabağ da...” SERJ SƏRKİSYANIN MÜAVİNİ

Ermənistanda bu gün mövcud olmayan “müstəqilliyin” 30 illiyi qeyd olunur. Hakimiyyət bu günü əvvəlcə təntənə ilə qeyd etməyə hazırlaşırdı, amma etirazları və iradları nəzərə alaraq pafoslu tədbirlərdən çəkinib. İradlar və tənqidlər isə buna görədir ki, Ermənistanın xüsusən indiki vaxtda, Qarabağda sarsıdıcı məğlubiyyətə uğrayıb olan-qalan suverenliyini, dövlət kimi müstəqilliyini də əldən verdiyi bir vaxtda bu günü bayram etmək yaraşmır, yerinə düşmür.

Belə rəylərdən birini də keçmiş prezident Serj Sərkisyanın rəhbər olduğu Respublika partiyasının sədr müavini Armen Aşotyan özünün Facebook səhifəsində yazıb.

“Heç cür təbrik etmək alınmır...

Bizim dövlətimiz yoxdur. Müstəqilliyimiz yoxdur. Şərəfimiz yoxdur. Artsax (Qarabağ,-red.) yoxdur. 5000 nəfər yoxdur. Əsir düşənlər yoxdur. Ölənlərin meyitləri yoxdur.

Bizdə ancaq fantom ağrılar var-itirilmiş ləyaqətə görə.

Məhv edilmiş ideallar və üç Qarabağ müharibəsinin qurbanlarının təhqir olunmuş qanları var.

Müstəqillik Yeni il deyil ki, səndən asılı olmadan gəlsin, qeyd edəsən, yaxud etməyəsən.

Müstəqillik təqvimlə ölçülmür, və əgər təqvimdə qırmızı rənglə işarələnibsə deməli var.

Bu gün müstəqillik günü deyil, bu gün müstəqilliyin yas günüdür”,-Armen Aşotyan yazıb

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Rihanna malikanəsini satır - ŞOK QİYMƏT

SONRAKI XƏBƏR

Dünyanın ən yaşlı əkizləri “Ginnesin Rekordlar Kitabı”na düşüblər - FOTO