Rusiya Mərkəzi Seçki Komissiyası deputat mandatlarının bölgüsünü elan edib

Rusiya Mərkəzi Seçki Komissiyası deputat mandatlarının bölgüsünü elan edib

Moskva, 22 sentyabr, AZƏRTAC

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərdən sonra Dövlət Dumasında deputat mandatlarının bölünməsi barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, hakim “Yedinaya Rossiya” Partiyası 324, Kommunist Partiyası 57, “Spravedlivaya Rossiya” 27, Liberal-Demokrat Partiyası 21, “Novıye lyudi” Partiyası 13 mandat əldə edib. “Partiya Rosta”, “Rodina” və “Qrajdanskaya platforma” partiyalarının hər birini 1 deputat təmsil edəcək.

Qeyd edək ki, VIII çağırış Rusiya Dövlət Dumasına seçkilər sentyabrın 17-19-da keçirilib. Parlamentin aşağı palatasında 450 deputat təmsil olunur. Seçkilərin rəsmi nəticələri sentyabrın 24-də elan olunacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Mənbə: azertag.az