Paşinyan-Ərdoğan görüşü: Təhlükəsizlik Şurasının katibi nə dedi?

Paşinyan-Ərdoğan görüşü: Təhlükəsizlik Şurasının katibi nə dedi?

Erməni Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ərdoğanla bağlı suala cavab verməkdən imtina edib.

Sentyabrın 21-də “Yerablur” hərbi panteonunda keçirilən mərasimdə jurnalistlər ona Baş nazir Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mümkün görüş barədə sual veriblər.

Qriqoryan cavab verməkdən imtina edib.

Sonra jurnalistlərdən biri ölkədə faktiki olaraq informasiya blokadasının qurulduğunu qeyd edib.

Erməni Təhlükəsizlik Şurasının katibi sanki heç nə olmamış kimi maşına minib və tədbir yerindən uzaqlaşıb.

Mənbə: cia.az