Filippin prezidenti BMT-ni keçmiş dövrün məhsulu adlandırıb

Bakı. Trend:

BMT keçmiş dövrün məhsuludur və islahatlar yolu ilə imkanlarını artırmalıdır.

Trend-in məlumatına görə, bunu BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Filippin Prezidenti Rodriqo Duterte deyib.

R.Duterte bildirib: "Effektiv qlobal idarəetmə tələb edən bir çox böhranla qarşılaşırıq. BMT keçmiş dövrün məhsuludur və artıq bu günün siyasi və iqtisadi reallıqlarını əks etdirmir. Demokratiya və şəffaflıq BMT-nin zallarından səslənən konsepsiyalardır, amma Təhlükəsizlik Şurası bu dəyərlərin bütün prinsiplərini pozur. Onun nümayəndəliyi və prosesləri nə demokratik, nə də şəffafdır".

Onun sözlərinə görə, BMT dünyanı bir çox böhrandan çıxarmaq istəyirsə, hər şey dəyişməlidir: "BMT islahatlar yolu ilə imkanlarını genişləndirməlidir. Bəşəriyyətin ümidi də məhz bunadır".

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Co Bayden ilk dəfə BMT-də çıxış edib

SONRAKI XƏBƏR

Şənbə günləri də tədris mümkündür - Mehriban Vəliyeva